İdman

"Qalatasaray" - "Fənərbağça" derbisində üç qol vuruldu - Video

27 Oct 2026, 00:28 2 baxış
"Qalatasaray" - "Fənərbağça" derbisində üç qol vuruldu - Video
Türkiyə Superliqasının 9-cu turunda "Qalatasaray" - "Fənərbağça" derbisi baş tutub. Oxu.Az xəbər verir ki, görüş ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Matçda hesabı 29-cu dəqiqədə Viktor Osimhen açıb. Nigeriyalı hücumçu 44-cü dəqiqədə dubla imza ataraq, "Qalatasaray"ın üstünlüyünü iki topa çıxarıb.

İrfan Kahveci 62-ci dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb. "Fənərbağça"nın bundan artığına gücü çatmayıb. Bu nəticə ilə xal ehtiyatını 22-yə çatdıran "Qalatasaray" turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. 16 xalda qalan "Fənərbağça" 5-ci yeri tutur.
Mənbə oxu.az

Oxşar Xəbərlər