Cəmiyyət

Ermənilərin Qarayusiflidə törətdiyi terror aktından 6 il ötdü

27 Oct 2026, 00:10 3 baxış
Ermənilərin Qarayusiflidə törətdiyi terror aktından 6 il ötdü

Ermənistan silahlı qüvvələrinin Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 6 il ötür.


Axar.az xəbər verir ki, 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri növbəti terroru Bərdə rayonunun Qarayusifli kəndində törədib.


2020-ci il oktyabr ayının 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonun Qarayusifli kəndinə 2 ədəd “Smerç”, 2 ədəd “Elbrus” ballistik raketi atılıb.


Nəticədə biri azyaşlı olmaqla, 5 nəfər həyatını itirib, 14 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Mənbə axar.az

Oxşar Xəbərlər