Cəmiyyət

8 sotun içində 8 qanunsuz ev tikilir - Komitə müdaxilə etdi

26 Oct 2026, 20:59 1 baxış
8 sotun içində 8 qanunsuz ev tikilir - Komitə müdaxilə etdi

Masazır qəsəbəsində 8 sot ərazidə qeyri-qanuni şəkildə 8 ev tikilib. İddialara görə, 1 həftə əvvəl tikintisinə başlanılan evlər tam qanunsuzdur və tikinti qaydalarını kobud şəkildə pozur.


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İctimaiyyətlə əlaqələr sektorundan Axar.az-a verilən açıqlamada məsələnin araşdırıldığı bildirilib.


“Yoxlama zamanı tikinti işlərinin aparılması üçün müvafiq icazə sənədlərinin olmadığı müəyyən edilib. Nəticədə aidiyyəti dövlət qurumları ilə birgə görülən tədbirlər nəticəsində tikinti işləri dayandırılıb”, - açıqlamada vurğulanıb.

Mənbə axar.az

Oxşar Xəbərlər