İdman

"Qızıl top"un rəsmi saytında "qalib"lərin adları səhvən dərc olundu - Foto

26 Oct 2026, 22:56 2 baxış
"Qızıl top"un rəsmi saytında "qalib"lərin adları səhvən dərc olundu - Foto
"Qızıl top"un rəsmi saytı 2026-cı il mükafatının sahibinin adı ilə bağlı paylaşımı səhvən dərc edib. Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs "X" sosial şəbəkəsində məlumat verib.

Belə ki, saytda üç "qalib"lə bağlı məlumatlar yerləşdirilib: Harri Keyn ("Bavariya"), Lamin Yamal ("Barselona") və Kilian Mbappe ("Real"). Daha sonra həmin səhifələr silinib. Qeyd edək ki, 70-ci "Qızıl top" mərasimi oktyabrın 26-da 27-nə keçən gecə Londonda keçiriləcək. Mərasim ilk dəfə Fransadan kənarda təşkil olunacaq. Əsas hissə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
"Qızıl top"un rəsmi saytında "qalib"lərin adları səhvən dərc olundu - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər