Digər

Ukrayna bu ölkə ilə hərbi saziş imzaladı

26 Oct 2026, 21:08 3 baxış
Ukrayna bu ölkə ilə hərbi saziş imzaladı

Ukrayna və Moldova hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb.


Axar.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Sergey Koretski Kiyevdə Moldovanın Baş naziri Vasile Tofanla birgə brifinq zamanı deyib.


Koretski deyib ki, saziş hərbi-texniki əməkdaşlıq sahəsində təcrübə mübadiləsi üçün yol açır. Ukrayna, həmçinin Moldovaya minatəmizləmə koalisiyasında əməkdaşlığı genişləndirməyi təklif edib.


O vurğulayıb ki, Moldova Ukrayna ilə daha iki sərhəd-keçid məntəqəsinə birgə nəzarəti genişləndirməyə hazırdır.


Qeyd edək ki, ötən gün sözügedən ölkələrin saziş imzalayacağı barədə məlumat vermişdik.

Mənbə axar.az

Oxşar Xəbərlər