Cəmiyyət

Göyçayda kişini ilan sancıb

26 Oct 2026, 13:28 2 baxış
Göyçayda kişini ilan sancıb
Göyçayda 40 yaşlı kişini ilan sancıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Qeyd olunub ki, oktyabrın 24-də saat 17:00-da 1986-cı il təvəllüdlü şəxs (kişi) ilan sancması səbəbi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. "Ona sağ bilək nahiyəsinin iki ədəd deşilmiş yarası, zəhərli ilan sancması diaqnozu təyin edilib. Pasiyentə ilan zəhəri əleyhinə zərdab tətbiq edilib və ixtisaslı tibbi xidmət göstərilməsi üçün Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub. Hazırda pasiyentin müalicəsi tibb müəssisəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir". Nəzrin Mirzəyeva
Mənbə oxu.az

Oxşar Xəbərlər