İdman

"Barselona" La Liqada "Real"ın tarixi rekordunu yeniləmək şansını əldən verdi

26 Oct 2026, 10:38 2 baxış
"Barselona" La Liqada "Real"ın tarixi rekordunu yeniləmək şansını əldən verdi
"Barselona" İspaniya La Liqasının uzun illər dəyişməyən rekordlarından birini qıra bilməyib və yalnız onu təkrarlamaqla kifayətlənib. Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kataloniya təmsilçiləri ölkə çempionatında ardıcıl doqquz oyunda qalib gəliblər. Eyni nəticəni 1968/69-cu illər mövsümündə "Real Madrid" də göstərib. "El-Klasiko"da "Barselona" qalib gəlsəydi, "Real"ın rekordu tarixə qovuşacaqdı. Qeyd edək ki, dünən baş tutan qarşılaşmada "Barsa" yerli azarkeşləri önündə "Real Madrid"ə uduzsa da, turnir cədvəlində liderliyini davam etdirir.
Mənbə oxu.az

Oxşar Xəbərlər