Digər

Husilər Səudiyyənin hərbi bazalarına zərbə endirdi

25 Oct 2026, 22:41 3 baxış
Husilər Səudiyyənin hərbi bazalarına zərbə endirdi

Yəməndəki husi üsyançıları husiləri Ər-Riyad beynəlxalq hava limanına, eləcə də Xamis Muşayt və Cizandakı hərbi bazalara ballistik raket zərbələri endiriblər.


Axar.az xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Səriya deyib.


"Yəmən silahlı qüvvələri (husi qüvvələri) onlarla ballistik raketdən istifadə edərək üç hərbi əməliyyat keçirib", - deyə o bildirib.


Səriyanın sözlərinə görə, hücumların hədəfləri Ər-Riyaddakı Kral Xalid beynəlxalq hava limanı, Səudiyyə Ərəbistanının cənubundakı Xamis Muşayt aviabazası və Cizandakı Sərhəd Qüvvələrinin dəniz bazası olub.

Mənbə axar.az

Oxşar Xəbərlər