Dünya

Yaxın Şərqdəki gərginlik beynəlxalq yarışın planlarını dəyişdi

25 Oct 2026, 22:00 2 baxış
Yaxın Şərqdəki gərginlik beynəlxalq yarışın planlarını dəyişdi
"Dakar" rallisinin 2027-ci il yanvarın 1-dən 15-dək Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılsa da, Yaxın Şərqdəki vəziyyətlə əlaqədar yarışın başqa məkana köçürülməsinə qərar verilib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, yarışın təşkilatçıları 2027-ci ildə turnirin Səudiyyə Ərəbistanında keçirilməyəcəyini açıqlayıblar. Yarışın yeni keçiriləcəyi məkan barədə daha sonra məlumat veriləcək. Rallinin 2028-ci ildə Səudiyyə Ərəbistanına qayıtması planlaşdırılır. Təşkilatçıların bəyanatında bildirilib ki, Səudiyyə Ərəbistanı 2020-ci ildən başlayaraq yeddi il ardıcıl "Dakar" rallisinə ev sahibliyi edib. Yarışların marşrutları ölkənin müxtəlif coğrafi xüsusiyyətlərini nümayiş etdirib və dünyanın hər yerindən iştirakçıları cəlb edib. Qeyd edək ki, Yəməndə 2014-cü ilin avqustundan etibarən husilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri arasında silahlı qarşıdurma davam edir. TASS-ın məlumatına görə, oktyabrın əvvəlində Yəmən hökumət qüvvələri üsyançıların nəzarətində olan əraziləri geri qaytarmaq məqsədilə genişmiqyaslı hərbi əməliyyata başladıqlarını elan ediblər.
Yaxın Şərqdəki gərginlik beynəlxalq yarışın planlarını dəyişdi
Mənbə oxu.az

Oxşar Xəbərlər