Digər

Neft sənayesinin girovuna çevrilməyəcəyik - Tramp

25 Oct 2026, 21:19 2 baxış
Neft sənayesinin girovuna çevrilməyəcəyik - Tramp

Rusiya ilə Alyaskada təbii qaz və “Lukoyl” şirkəti ilə bağlı müzakirə edilən sazişlər gələcəkdə reallaşa bilər.


Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp Rusiya ilə əldə olunan razılaşmalardan danışarkən bildirib.


“Rusiya ilə əldə etdiyimiz yeganə razılaşma onların dünya bazarına neft çıxarması ilə bağlı olub. Onlar nefti bizə deyil, dünyaya təqdim etdilər. Bu, çox yaxşı addım idi”, – deyə o, Rusiyanın dizel ixracına sanksiyaları 2027-ci ilin aprel ayına qədər dayandırması barədə qərarı haqda danışarkən vurğulayıb.


Donald Tramp Rusiyada saxlanılan bir amerikalının azad edilməsinə də toxunub. Onun sözlərinə görə, həmin şəxsin azadlığa buraxılması üçün birbaşa Rusiya Prezidenti Vladimir Putinə müraciət edib və bunun müqabilində heç bir güzəştə getməyib.


Alyaska qaz layihəsi və “Lukoyl” ilə bağlı mümkün razılaşmaları şərh edən ABŞ Prezidenti deyib ki, bunlar müəyyən mərhələdə həyata keçiriləcək sazişlərdir.


“Lakin biz neft sənayesinin girovuna çevrilmək niyyətində deyilik. Rusiya-Ukrayna müharibəsi heç vaxt başlamamalı idi. Biz həmin müharibəyə son qoymalıyıq”, – deyə Tramp əlavə edib.

Mənbə axar.az

Oxşar Xəbərlər