İdman

"İnter"dən "Fiorentina" üzərində son dəqiqələrdə dramatik qələbə

25 Oct 2026, 17:48 2 baxış
"İnter"dən "Fiorentina" üzərində son dəqiqələrdə dramatik qələbə
İtaliya A Seriyasının 8-ci turu çərçivəsində "İnter" evdə "Fiorentina"nı qəbul edib. Oxu.Az xəbər verir ki, "Cüzeppe Meatsa" stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 65-ci dəqiqədə Alexandro Ximenes "Fiorentina"nı hesabda irəli çıxarıb. Lakin matçın sonuna əlavə olunmuş dəqiqələrdə "İnter" əsl xarakter nümayiş etdirib. 90+1-ci dəqiqədə Markus Türam tarazlığı bərpa edib - 1:1. Matçın taleyini həll edən qol isə 90+8-ci dəqiqədə vurulub: Pyotr Zelinskinin dəqiq yerinə yetirdiyi penalti zərbəsi milanlılara qələbə qazandırıb. Bu qələbədən sonra xallarının sayını 22-yə çatdıran "İnter" İtaliya çempionatının turnir cədvəlində birinci pilləyə yüksəlib. Cəmi 4 xalı olan "Fiorentina" isə 18-ci yerdə qərarlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər