İdman
Azərbaycan millisinin baş məşqçisi: "Çalışmalıyıq ki, qrupu liderlər sırasında başa vuraq"
Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalında mübarizə aparan Azərbaycan millisinin baş məşqçisi Famil Xəlilov komandanın hədəflərindən danışıb. Oxu.Az xəbər verir ki, mütəxəssis Timor-Leste yığmasını 6:0 hesabı ilə məğlub etdikləri ilk oyundan sonra jurnalistlərə açıqlamasında qələbəni dəyərləndirib. O, qarşılaşmanın ilk hissəsində çətinliklərlə üzləşdiklərini, lakin sonradan toparlanaraq layiqli qələbə qazandıqlarını bildirib. "Qarşıda bizi daha çətin rəqiblər gözləyir. Komanda üçün əsas iş hələ qarşıdadır. Əsas məqsədimiz növbəti görüşlərdə uğurlu çıxış etmək, qrupda maksimum xal toplayaraq liderlər sırasında yer almaqdır. Ölkə prezidentinin komandanı qəbul etməsi və təbrik etməsi futbolçulara əlavə motivasiya verəcək", - deyə baş məşqçi qeyd edib.
Mənbə
oxu.az