Digər

İordaniyada kilsəyə hücum: ölənlərin sayı artdı

24 Oct 2026, 17:46 2 baxış
İordaniyada kilsəyə hücum: ölənlərin sayı artdı

İordaniyanın Kərək şəhərindəki pravoslav kilsəsinə terrorçuların hücumu zamanı ağır yaralanan qadın müalicə aldığı xəstəxanada vəfat edib.


Axar.az xəbər verir ki, bu barədə Krallığın Səhiyyə Nazirliyi məlumat yayıb.


Bununla da terror aktı nəticəsində həlak olanların ümumi sayının 8-ə yüksəldiyi vurğulanıb.


Qeyd edək ki, xüsusi xidmət orqanları kilsəyə hücum təşkil edən terror qruplaşmasının üzvlərini hələlik saxlaya bilməyib. Cinayətkarların axtarış tədbirləri davam etdirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər