Digər

Pişiyi xilas etmək istəyən müəllim canından oldu - Video

24 Oct 2026, 14:04 3 baxış
Pişiyi xilas etmək istəyən müəllim canından oldu - Video

Türkiyədə köməksiz vəziyyətdə qalan pişiyi xilas etmək istəyən 45 yaşlı müəllim həyatını itirib.


Axar.az Bizim.Media-ya istinadla xəbər verir ki, hadisə Bursa Vilayətinin Osmangazi rayonunda qeydə alınıb.


Belə ki, müəllim Şahin T. pişik balasını xilas etmək istəyərkən 3-cü mərtəbənin eyvanındakı dəmir məhəccər qırılıb. Nəticədə o yerə çırpılıb.


Müəllim dərhal xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər