İdman

Misli Premyer Liqası: "Neftçi" "Turan Tovuz"u qəbul edir

24 Oct 2026, 08:00 3 baxış
Misli Premyer Liqası: "Neftçi" "Turan Tovuz"u qəbul edir
Misli Premyer Liqasının IX turunun növbəti oyunları bu gün keçiriləcək. Oxu.Az xəbər verir ki, turun ikinci oyun günündə iki qarşılaşma baş tutacaq. Günün ilk matçında "Şəfa" "Kəpəz"lə üz-üzə gələcək. "SOCAR Polymer Arena"da keçiriləcək görüş saat 16:30-da başlayacaq. Günün digər qarşılaşmasında isə "Neftçi" "Turan Tovuz"u qəbul edəcək. "Palms Sports Arena"da baş tutacaq matçın start fiti saat 19:00-da səslənəcək. Misli Premyer Liqası IX tur 24 oktyabr 16:30. "Şəfa" - "Kəpəz"; 19:00. "Neftçi" - "Turan Tovuz". Xatırladaq ki, Azərbaycan Premyer Liqasında IX tura oktyabrın 25-də yekun vurulacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər