Dünya

ABŞ Rusiyadan dizel yanacağı alacaq: İlk üç tanker yoldadır

24 Oct 2026, 03:36 3 baxış
ABŞ Rusiyadan dizel yanacağı alacaq: İlk üç tanker yoldadır
Rusiyadan dizel yanacağı daşıyan ilk üç tanker Atlantik okeanının şərq sahilləri istiqamətində hərəkət edir. Oxu.Az xəbər verir ki, bu barədə Rusiyanın baş nazirinin müavini Aleksandr Novak "RİA Novosti"yə açıqlamasında bildirib. "Dünya dizel yanacağı bazarının təmin olunması ilə bağlı əvvəllər əldə edilmiş razılaşmalara uyğun olaraq, Rusiya dünya bazarlarına, o cümlədən ABŞ-yə əlavə dizel yanacağı tədarük edəcək", - deyə o bildirib. Novakın sözlərinə görə, yanacağın əsas hissəsi "Rosneft" şirkətinin resursları hesabına tədarük oluna bilər. O, həmçinin Rusiyanın 2026-cı ilin sonunadək dizel yanacağı ixracını əvvəlki həcminə qədər tam bərpa edə biləcəyini qeyd edib. Oktyabrın 10-da Rusiya hökuməti prezidentlər Vladimir Putin və Donald Tramp arasında əldə olunmuş razılaşmaların icrası çərçivəsində dizel yanacağının ixracına qoyulan qadağanı qismən aradan qaldırıb. Bu qərar dünya bazarına 500 min ton dizel yanacağının çıxarılmasına imkan verir. Bundan əvvəl ABŞ-də Rusiya dizel yanacağının aralıq seçkiyədək ölkəyə çatacağı bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər