İdman

Azərbaycan çempionatlarında on beş mininci qolun müəllifi bəlli oldu - Video

23 Oct 2026, 21:48 3 baxış
Azərbaycan çempionatlarında on beş mininci qolun müəllifi bəlli oldu - Video
Azərbaycan futbolu tarixində yüksək liqada 15 000-ci qol vurulub. Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb. Bildirilib ki, yubiley qol Azərbaycan Premyer Liqasının IX turunun ikinci matçında vurulub. "Zirə" - "Sumqayıt" qarşılaşmasında qeydə alınan ikinci qol çempionatlar tarixinə 15 000-ci qol kimi düşüb. Bu qolu meydan sahiblərinin futbolçusu Rikardo Martins vurub.

Bu qarşılaşma turnirin tarixində ümumilikdə 6 160-cı, başa çatan və texniki nəticə qeydə alınmayan 5 881-ci oyun olub. 35 mövsüm ərzində orta məhsuldarlıq hər oyuna 2.55 qol təşkil edib. Qeyd edək ki, ölkə çempionatları tarixində ilk qolu Mehman Alışanov vurub. O, 1992-ci il mayın 3-də keçirilən "Qarabağ" - "İnşaatçı" (Sabirabad) matçında (1:2) rəqib qapısına yol tapıb.
Azərbaycan çempionatlarında on beş mininci qolun müəllifi bəlli oldu - Video
Mənbə oxu.az

Oxşar Xəbərlər