Digər
Genişmiqyaslı əməliyyata hazırıq - Netanyahu
İsrail ordusu terrorçuların olduğu məhəllələrə girəcək, sakinləri təxliyə edəcək, ev-ev gəzərək terror infrastrukturunu məhv edəcək.
Axar.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“İordan çayının qərb sahilində genişmiqyaslı əməliyyata hazırıq. Biz burada 100-dən çox yeni yaşayış məntəqəsi və ferma tikir, tənzimləyirik.
Məskunlaşan qəhrəman sakinlərimizə gəldikdə isə, siz İsrail xalqı üçün nümunəsiniz. Siz İsrail dövləti üçün nümunəsiniz”, - o bildirib.
Mənbə
axar.az