Digər

Keşikçidağla bağlı yalan məlumat yayan jurnalist həbs edildi

23 Oct 2026, 18:47 2 baxış
Keşikçidağla bağlı yalan məlumat yayan jurnalist həbs edildi

Gürcüstanda dövlətə xəyanətdə və təxribat törətməkdə ittiham olunan “Asaval-Dasavali” qəzetinin jurnalisti Dito Çubinidze barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Axar.az APA-ya istinadən xəbər verir ki, Tiflis Şəhər Məhkəməsi Gürcüstan Baş Prokurorluğunun vəsatətini təmin edib.


Məhkəmə iclasında iştirak edən Dito Çubinidze ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib.


Qeyd edək ki, jurnalist ötən gün saxlanılıb. İstintaqla müəyyən edilib ki, Dito Çubinidze 2026-cı ilin fevral ayından etibarən müxtəlif media vasitələri və sosial platformalar vasitəsilə sistemli şəkildə yalan məlumatlar və dezinformasiya yayıb, uydurma faktlara əsaslanaraq Gürcüstan Baş nazirinin qonşu dövlətlə bağladığı gizli razılaşma yolu ilə guya Keşikçidağ (David Qareci) monastır kompleksinin bir hissəsini Azərbaycan Respublikasına verdiyini iddia edib. Günahı sübuta yetiriləcəyi təqdirdə, onu 4 ilədək həbs cəzası gözləyir.

Mənbə axar.az

Oxşar Xəbərlər