Cəmiyyət

BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı - Foto

23 Oct 2026, 17:30 3 baxış
BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı - Foto

Salyanda yol qəzası baş verib.


Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb.


BMV və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər - Neftçala rayon sakinləri - 1954-cü il təvəllüdlü Atakişi Hüseynov, 1957-ci il təvəllüdlü Mələysuma Hüseynova, 1981-ci il təvəllüdlü Günel Məlikova və Salyan rayon sakini 2004-cü il təvəllüdlü Nurlan Məmmədov xəsarət alaraq Salyan xəstəxanasına yerləşdirlib.


Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (2 qadın, 2 kişi) oktyabrın 23-də saat 15:20 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.


Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir, 2 nəfərin vəziyyəti stabil, digərlərinin isə orta ağır qiymətləndirilir.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər