Dünya

Türkiyədə kömür mədənində partlayış: Ölənlər və yaralılar var - Video

23 Oct 2026, 12:32 1 baxış
Türkiyədə kömür mədənində partlayış: Ölənlər və yaralılar var - Video
Türkiyənin Zonquldak bölgəsinin Kilimli rayonunda yerləşən özəl kömür mədənində baş verən partlayış nəticəsində iki nəfər həyatını itirib, ikisi ağır olmaqla beş işçi isə xəsarət alıb. Oxu.Az xəbər verir ki, bu barədə "İhlas" agentliyi məlumat yayıb.

Partlayışla bağlı daxil olan çağırışdan sonra hadisə yerinə çox sayda yanğınsöndürmə və təcili tibbi yardım briqadası göndərilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər