Dünya

Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı

23 Oct 2026, 10:31 3 baxış
Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı
Prokurorluğun vəsatətinin uzunmüddətli müzakirəsindən sonra məhkəmə Ermənistanın sabiq prezidenti Robert Koçaryanın oğlu Sedrak Koçaryanın həbs müddətini daha iki ay uzadıb. Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə onun vəkili Akop Kureqyan məlumat verib. Vəkil məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini vurğulayıb. Sedrak Koçaryan özü isə məhkəmə iclasına gətirilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər