Cəmiyyət

Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır

22 Oct 2026, 18:26 3 baxış
Sədr vəzifəsindən çıxarılan şəxs sabiq deputatın qardaşıdır
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki "Regional Su Meliorasiya" QSC-nin sədri vəzifəsindən çıxarılan Zakir Quliyev Milli Məclisin keçmiş deputatı Elçin Quliyevin qardaşıdır. Oxu.Az Ölkə.az-a istinadən xəbər verir ki, E.Quliyev həmçinin hakim Yeni Azərbaycan Partiyasının (YAP) funksioneridir. O, hazırda partiyanın Nərimanov rayon təşkilatının sədridir. Qeyd edək ki, E.Quliyev 2015-2019-cu illərdə Milli Məclisə keçirilmiş seçkilərdə 63 saylı Sabirabad şəhər birinci seçki dairəsindən V çağırış deputatı seçilib. Xatırladaq ki, Z.Quliyev QSC sədri vəzifəsindən çıxarıldıqdan sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun müşaviri təyin olunub. O, 2006-2024-cü illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini vəzifəsində fəaliyyət göstərib. 2024-cü ildən isə "Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsini icra edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər