Cəmiyyət
Bu il metroda 700-ə yaxın sərnişin eskalatordan yıxılıb - Rəsmi
"Cari ilin yanvar-sentyabr ayları üzrə metroda eskalator və travolatorların dayanmaları ilə bağlı ümumilikdə 2 101 hal qeydə alınıb". Bu barədə "Bakı Metropoliteni" QSC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib. "Bu hallardan 101-i sərnişinlərin birbaşa səbəbsiz müdaxiləsi, 57-si sərnişinlərin xəsarətli, 629-u isə xəsarətsiz yıxılması ilə əlaqədar baş verib". Açıqlamada qeyd olunub ki, "stop" açarının mühafizə örtüyü ilə təmin edilməsi eskalatorların sərnişinlər tərəfindən dayandırılması hallarının 7 dəfə azalmasına səbəb olub. "Belə ki, eskalatorun zərurət olmadan dayandırılması 2025-ci ilin 9 ayı ərzində 726 hadisə baş veribsə, 2026-cı ilin eyni dövründə 101 hal qeydə alınıb. Ümumən 2025-ci ilin eyni dövrü ilə müqayisədə ümumi dayanmaların sayı cari ildə 493 ədəd azalıb", - deyə qurumdan bildirilib. Nəzrin Mirzəyeva
Mənbə
oxu.az