Dünya

Cənubi Afrika Respublikasında yük qatarı dünya rekordu qırdı - Video

22 Oct 2026, 07:16 3 baxış
Cənubi Afrika Respublikasında yük qatarı dünya rekordu qırdı - Video
Cənubi Afrika Respublikasında (CAR) 696 vaqondan ibarət, uzunluğu 7.5 kilometrə çatan yük qatarı yeni dünya rekordu müəyyənləşdirib. Oxu.Az UPI-yə istinadən xəbər verir ki, qatar Saldanyadan Şimali Keyp əyalətinə uzanan dəmir filizi ixrac marşrutu üzrə hərəkət edib.

Layihənin məqsədi 2001-ci ildə Avstraliyada qeydə alınmış rekordu yeniləmək olub. Həmin vaxt 682 vaqondan ibarət, uzunluğu 7.4 kilometr olan qatar dünyanın ən uzun yük qatarı hesab edilirdi. Təşkilatçılar bildiriblər ki, layihənin məqsədi təkcə rekord müəyyənləşdirmək deyil, həm də qatarların layihələndirilməsi, idarə olunması və istismarı ilə bağlı texniki bilikləri genişləndirmək olub. Əldə olunan təcrübənin gələcəkdə dəmir yolu daşımalarının inkişafına və innovasiyaların tətbiqinə töhfə verəcəyi gözlənilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər