Dünya

Səmərqənddə uşaqların rifahına həsr olunan beynəlxalq sammit keçirilir - Video

21 Oct 2026, 22:24 3 baxış
Səmərqənddə uşaqların rifahına həsr olunan beynəlxalq sammit keçirilir - Video
Özbəkistanın Səmərqənd şəhərində uşaqların rifahına sərmayə qoyuluşuna həsr olunan beynəlxalq sammit öz işinə başlayıb. Baku TV-nin məlumatına görə, tədbir Özbəkistan Respublikası Prezidentinin yanında Milli Sosial Müdafiə Agentliyinin, Səhiyyə Nazirliyinin, Məktəbəqədər və Məktəb Təhsili Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Sammit BMT-nin Uşaq Fondu (UNICEF), Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Bankının iştirakı ilə təşkil olunub.

Dünyanın 100-dən çox ölkəsindən 600-dən artıq iştirakçının qatıldığı 2 günlük tədbirdə dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri, uşaq hüquqlarının müdafiəçiləri və ekspertlər iştirak edirlər. Sammitdə uşaqların hərtərəfli inkişafı, təhsili, sağlamlığı və sosial müdafiəsi üçün investisiyaların artırılması, eləcə də uşaqlarda xərçəng xəstəliyinin erkən diaqnostikası və müalicəsi məsələləri müzakirə olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər