İdman

Ronaldudan Kvaratsxeliyaya dəstək mesajı

21 Oct 2026, 20:24 2 baxış
Ronaldudan Kvaratsxeliyaya dəstək mesajı
Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu PSJ-nin ağır zədə alan futbolçusu Xviça Kvaratsxeliyaya dəstək sözləri ünvanlayıb. Oxu.Az xəbər verir ki, portuqaliyalı ulduz futbolçu sosial şəbəkə hesabında gürcüstanlı vingerə müraciət edib. "Futbolda ən çətin döyüşlər adətən heç kimin görmədiyi döyüşlərdir. Mən bu hissi yaxşı bilirəm, Kvara. Lakin səni indi olduğun yerə nəyin gətirdiyini heç vaxt unutma və çətin məqamın nəyə qadir olduğuna dair şübhə yaratmasına icazə vermə. O alovu daxilində saxla. Ən yaxşı günlərin hələ qabaqdadır", - deyə Ronaldu bildirib. Xatırladaq ki, Xviça Kvaratsxeliya Çempionlar Liqasının "Barselona" ilə matçında (4:2) sağ dizinin ön çarpaz bağlarının yırtılması diaqnozu ilə sıradan çıxıb. Paris klubu futbolçunun yaxın vaxtlarda cərrahi əməliyyat olunacağını açıqlayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər