İdman
"Bavariya" "Arsenal" qarşılaşması hansı kanalda yayımlanacaq?
Bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsində üçüncü turun oyunlarına yekun vurulacaq. Oxu.Az xəbər verir ki, gecənin əsas qarşılaşmalarından birində Türkiyə təmsilçisi "Qalatasaray" Fransada "Lill"in qonağı olacaq. Azərbaycanda azarkeşlər "Lill" - "Qalatasaray" oyununu Bakı vaxtı ilə saat 20:45-dən etibarən "CBC Sport" TV-də izləyə biləcəklər. Gecənin digər maraqlı qarşılaşmalarında isə "Real Madrid" İspaniyada "Leypziq" klubunu, "Bavariya" isə Almaniyada İngiltərənin "Arsenal" klubunu qəbul edəcək. Azarkeşlər "Real Madrid" - "Leypziq" oyununu Bakı vaxtı ilə saat 23:00-da "CBC Sport" TV-də , "Bavariya"- "Arsenal" qarşılaşmasını isə Bakı vaxtı ilə saat 23:00-da İctimai TV-də izləyə biləcəklər. UEFA Çempionlar Liqası III tur 21 oktyabr 20:45, "Lill" - "Qalatasaray" ("CBC Sport" TV); 23:00, "Real Madrid" - "Leypziq" ("CBC Sport" TV); 23:00, "Bavariya" - "Arsenal" (İctimai TV).
Mənbə
oxu.az