Cəmiyyət

Binəqədidə yerüstü piyada keçidi uzun müddətdir işləmir: "Həyatımızı riskə atmalı oluruq"

21 Oct 2026, 14:52 4 baxış
Binəqədidə yerüstü piyada keçidi uzun müddətdir işləmir: "Həyatımızı riskə atmalı oluruq"
Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən yerüstü piyada keçidinin nasaz vəziyyətdə qalması sakinlərin narazılığına səbəb olub. Bununla bağlı Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) şikayət daxil olub. Bildirilib ki, hərəkətin intensiv olduğu yolda tikilən keçiddə yaranan problem altı aydan çoxdur ki, aradan qaldırılmır. "Altı aydır keçidin gah bir, gah da digər tərəfindəki lift və eskalatorlar təmir edilsə də, problem tam aradan qaldırılmayıb. Keçidin bir tərəfində ya qalxan, ya da enən mexanizm işləmir. Məcburuq ki, yolu avtomobillərin arası ilə keçək, çünki qalxıb-düşmək olmur. Yaşlı insanlar və uşaqlar üçün böyük təhlükə yaranır", - deyə şikayətdə bildirilir. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər