Siyasət

TRIPP çərçivəsində neft və qaz boru kəmərləri haradan keçəcək?

21 Oct 2026, 12:16 1 baxış
TRIPP çərçivəsində neft və qaz boru kəmərləri haradan keçəcək?
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dəmir yolu istisna olmaqla, TRIPP layihəsinə daxil olan digər infrastruktur obyektlərinin hansı ərazilərdən keçəcəyi məsələsinə aydınlıq gətirib. Bu barədə Oxu.Az Ermənistan mediasına istinadən xəbər verir. "Meğridə dəmir yolu xətti boyunca hər hansı neft və ya qaz kəmərinin çəkiləcəyini o qədər də təsəvvür etmirəm", - deyə A.Mirzoyan parlamentin xarici əlaqələr komissiyasında TRIPP müqaviləsi layihəsinin təqdimatı zamanı bildirib. Nazirin sözlərinə görə, Araz çayı ilə qayalıqlar arasında qalan sözügedən ərazi olduqca dardır və orada boş yer çox azdır. Həmin ərazidən yalnız Sovet dövründə olduğu kimi, dəmir yolu və elektrik xətləri keçə bilər. Bu səbəbdən, onun fikrincə, layihədəki digər kommunikasiyalar başqa ərazilərdə inşa edilə bilər. Üstəlik, söhbət təkcə Zəngəzur (Sünik) bölgəsindən getmir. "Bəlkə də, neft kəməri Ermənistanın şimalından keçəcək. Hələlik dəqiq məkan müəyyənləşdirilməyib. Buna görə də mən TRIPP-in eni barədə danışa bilmərəm, çünki belə bir anlayış yoxdur", - deyə xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər