Siyasət

Ədliyyə Nazirliyinin idarə rəisi: "Bələdiyyələr potensiallarından düzgün istifadə etmirlər"

21 Oct 2026, 12:19 1 baxış
Ədliyyə Nazirliyinin idarə rəisi: "Bələdiyyələr potensiallarından düzgün istifadə etmirlər"
"Bələdiyyələrin maliyyə dayanıqlılığının artması üçün tərəfimizdən işlər aparılır". Oxu.Az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar" mövzusunda konfransda çıxışı zamanı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin rəisi Elmin Həsənov deyib. O bildirib ki, yerli büdcəyə nəinki yeni vəsaitlərin cəlb olunması, hətta bələdiyyələr üçün hazırkı potensialdan düzgün istifadə çox vacibdir: "Aparılan təhlillər göstərir ki, bələdiyyələr bu potensiallarından düzgün istifadə etmirlər". "Məlum olduğu kimi, bələdiyyələrin inkişafı təkcə bu məsələlərlə kifayətlənmir, insan resursunun da təkmilləşdirilməsi, bələdiyyələrin kadr potensialının gücləndirilməsi də çox vacib məsələlərdəndir. Tərəfimizdən qəbul olunmuş yeni qanunvericilik aktları ilə bağlı bələdiyələrə 5 000 dən artıq tövsiyə məktubları göndərilib", - deyə nazirliyin idarə rəisi deyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər