Digər
"Lexus ES" - zəriflik və innovasiyanın yeni nəsli
"Lexus"un elektrikləşmə strategiyasının yeni parlaq nümayəndəsi olan "Lexus ES" modeli Danimarkanın Kopenhagen şəhərində keçirilən möhtəşəm təqdimatdan sonra artıq Azərbaycandadır. Tamamilə yeni "Lexus ES" öz eleqant dizaynı, qabaqcıl texnologiyaları və yüksək rahatlıq standartları ilə Azərbaycanın premium sedan həvəskarlarına heyrətamiz yürüş təcrübəsi vəd edir. Yeni dövrün tələblərinə uyğun olaraq "GA-K" platforması üzərində layihələndirilmiş model daha geniş salonu, yenilənmiş dizayn xətləri və müasir imkanları ilə öz seqmentində fərqlənir. Azərbaycanda yeni "Lexus ES" iki fərqli güc aqreqatı versiyasında təqdim olunur: "Lexus ES 350h": 247 at qüvvəsinə malik 2.5 litrlik hibrid mühərriklə təchiz edilib, ön və ya tam ötürücü sistemlə təklif olunur. "Lexus ES 500e": 343 at qüvvəsi hasil edən tam elektrikli versiya olub, standart olaraq tam ötürücülü sistemlə təmin edilir. Yeni "Lexus ES"in qabaritləri artırılaraq uzunluğu 5 140 mm, eni 1 920 mm, təkər bazası isə 2 950 mm-ə çatdırılıb. Bu ölçü artımı xüsusilə arxa sərnişinlər üçün daha geniş və maksimal dərəcədə komfortlu məkan yaradıb - ön və arxa oturacaqlar arasındakı məsafə əvvəlki nəsillə müqayisədə 77 mm artaraq 1 102 mm təşkil edir. İnteryerdə brendin "Clean Tech x Elegance" fəlsəfəsi və sürücü yönümlü "Tazuna" konsepsiyası tətbiq olunub. Sürücü panelində 12.3 düymlük kombimetr və "Lexus" tarixində təqdim olunan ən böyük 14 düymlük multimedia ekranı yer alır. Tam elektrikli "Lexus ES 500e" modeli 75 kVt/saat gücündə litium-ion batareya ilə təchiz edilib. Batareyanın 10%-dən 100%-ə qədər AC (dəyişən) şarj vasitəsilə doldurulması təxminən 4 saat çəkir. 150 kVt-a qədər gücü dəstəkləyən DC (sabit) sürətli şarj texnologiyası isə optimal şəraitdə batareyanı 10%-dən 80%-ə cəmi 28 dəqiqə ərzində çatdırır. Yeni "Lexus ES" modeli qabaqcıl aktiv təhlükəsizlik texnologiyalarını birləşdirən yenilənmiş "Lexus Safety System+" kompleksi ilə təchiz olunub. Bundan əlavə, yenilənmiş "Panoramic View Monitor" sistemi avtomobilin ətrafını üçölçülü (3D) görüntüdə izləməyə tam şərait yaradır. Yeni "Lexus ES"i artıq "Lexus Bakı Mərkəzi"ndə sınaqdan keçirə və sifariş edə bilərsiniz. Ətraflı: www.lexus.az
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az