Kriminal

Bakıda Türkiyənin məşhur seriallarına aktyor seçən şirkətə cinayət işi açıldı

19 Oct 2026, 14:48 2 baxış
Bakıda Türkiyənin məşhur seriallarına aktyor seçən şirkətə cinayət işi açıldı
Azərbaycanda fəaliyyət göstərən "Devin Media"nın Türkiyənin məşhur seriallarına aktyor seçimi adı altında vətəndaşları aldatması şikayətləri ilə bağlı cinayət işi açılıb. Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə hüquqşünas Xəyal Məmmədov məlumat verib. Onun sözlərinə görə, vətəndaşlardan daxil olan çox sayda şikayət əsasında Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb, istintaq gedir. Hüquqşünas onu da qeyd edib ki, "Devin Media"dan şikayətçi olanların sayı da artıb. Qeyd edək ki, daha əvvəl Azərbaycanda fəaliyyət göstərən "Devin Media"nın Türkiyənin məşhur seriallarına aktyor seçimi adı altında vətəndaşları aldadaraq pullarını mənimsədiyi ilə bağlı iddialar yayılmışdı. Zərərçəkmiş şəxslər bildirmişdilər ki, onlara qeydiyyatın pulsuz olacağı bildirilsə də, şirkətə yaxınlaşanda 20 manat tələb olunub, daha sonra aktyorluq kursuna yazılmaları üçün 1000 manat istənilib. Kursun gedişatında isə Türkiyədə yayımlanacaq seriallarda oynaya biləcəkləri vəd edilib. Lakin şirkət vədinə əməl etməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər