Cəmiyyət
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin olundu
Azərbaycan Dəmir Yolları QSC qarşıdan gələn Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar yüksək sərnişin tələbatını qarşılamaq məqsədilə 7, 8, 9 və 10 noyabrda Bakı-Qəbələ-Bakı marşrutu üzrə həm gediş, həm dönüş reysləri təşkil edəcək.
QSC-dən Axar.az-a verilən məlumata görə, həmin günlər qatar Bakıdan Qəbələyə saat 07:30-da, əks istiqamətdə isə saat 19:00-da hərəkət edəcək.
Mənbə
axar.az