Digər

Avropa Rusiyaya daha çox pul ödəyib - Bessent

19 Oct 2026, 01:09 2 baxış
Avropa Rusiyaya daha çox pul ödəyib - Bessent

Avropa energetika sövdələşmələrində Rusiyaya Ukraynaya ötürdüyündən daha çox pul ödəyib və Rusiya yanacağının istehlakını davam etdirir.


Axar.az xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent bunu "NBC Nyus”a deyib.


O, Ukraynanı dəstəkləyərkən eyni zamanda Rusiya neft və qazını almağa davam etdiklərinə görə Avropa ölkələrini sərt tənqid edib.


S.Bessentin sözlərinə görə, ABŞ bu ilin ilk altı ayında 4 milyard dollar dəyərində, o cümlədən 1,8 milyard dollarlıq gübrə Rusiya məhsulları idxal edib, Avropa ölkələri isə bu məbləğdən 10 dəfə çox idxal edib.


"Avropalılar Rusiyaya ukraynalılardan daha çox pul veriblər və onlar Rusiyanın enerji resurslarını istehlak etməyə davam edirlər", - maliyyə naziri bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər