Kriminal

Sumqayıtda damda təhlükəli anlar: Xilasedicilər köməyə gəldilər - Video

18 Oct 2026, 19:12 16 baxış
Sumqayıtda damda təhlükəli anlar: Xilasedicilər köməyə gəldilər - Video
Sumqayıtda damda təmir işləri aparan şəxs xəsarət alaraq köməksiz vəziyyətdə qalıb. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində bir vətəndaşın tikilinin damında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb ediliblər. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1985-ci il təvəllüdlü Məhəbbət İldırım oğlu Məmmədovun damda təmir işləri apararkən müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib. Xilasedicilər ona ilkin yardım göstərdikdən sonra xüsusi xilasetmə vasitələrinin köməyi ilə aşağı endirərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər