İdman

Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi

16 Oct 2026, 22:42 2 baxış
Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi
Monteneqronun Budva şəhərində boks üzrə U-19 dünya çempionatına start verilib. Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb. Turnirin ilk günündə Azərbaycan millisinin iki boksçusu qələbə qazanıb. Nihat Qasımov (55 kq) 1/32 finalda Nursultan Duşonalıyevlə (Qırğızıstan) qarşılaşıb. Döyüş boksçumuzun 3:2 (29:28, 28:29, 30:27, 30:27, 27:30) hesablı qələbəsi ilə başa çatıb. O, oktyabrın 18-də növbəti görüşündə ilk mərhələdən azad olan Arcanpal Hundalla (Kanada) üz-üzə gələcək. Səfdər Məmmədzadə (+90 kq) isə 1/8 finalda Kirill Jukovskini üstələyib. Milli üzvü rəqibini 3:2 (27:29, 28*:28, 27:29, 29:27, 29:27) hesabı ilə məğlub edib. O, ikinci görüşünü oktyabrın 23-də İvan Baybakova (Rusiya) qarşı keçirəcək. Qeyd edək ki, dünya çempionatı oktyabrın 27-də yekunlaşacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər