İdman
Türkiyəli məşhur futbol mütəxəssisi Bakıya gəlir
Futbol üzrə aşağı yaş qruplarından ibarət Türkiyə milli komandalarının koordinatoru Samət Aybaba Azərbaycana gəlir.
Axar.az xəbər verir ki, bu barədə Azərtac-a mütəxəssis özü deyib.
O, səfərinin Bakıda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı olacağını bildirib: “İki gün Bakıda olacağam”.
Samət Aybaba məşqçilik karyerası ərzində “Beşiktaş” və “Trabzonspor” kimi tanınmış komandalarda çalışıb.
Qeyd edək ki, FİFA U-15 dünya çempionatı və festivalı oktyabrın 22-dən 30-dək Bakıda keçiriləcək.
Mənbə
axar.az