Kriminal

Sürücü sərnişindən küsdü, avtobusu sürməkdən imtina etdi - Video

16 Oct 2026, 13:22 11 baxış
Sürücü sərnişindən küsdü, avtobusu sürməkdən imtina etdi - Video
Xırdalan-Bakı marşrutu üzrə fəaliyyət göstərən avtobusda sərnişin və sürücü arasında narazılıq yaranıb. Oxu.Az Baku.ws-ə istinadən xəbər verir ki, 119 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü ilə sərnişinlərdən biri arasında mübahisə baş verib. Sərnişinlərin bildirdiklərinə görə, yaranan gərginlik səbəbindən sürücü küsərək idarəetməni müvəqqəti olaraq dayandırıb və avtobusu saxlayıb. Mübahisəyə səbəb olan sərnişin nəqliyyat vasitəsini tərk etdikdən sonra sürücü işinə geri dönüb və avtobusun hərəkəti bərpa olunub. Hadisə digər sərnişinlərin narazılığına və vaxt itkisinə səbəb olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər