Digər
Seldən sonra İstanbul boğazının rəngi dəyişdi - Foto
Oktyabrın 13-də gecə saatlarından başlayan və günortaya qədər davam edən güclü yağışdan sonra İstanbul boğazının bəzi hissələrində suyun rəngi dəyişib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, boğazın bəzi sahil hissələrində təxminən 200 metrlik ərazilərdə suyun qəhvəyi rəng aldığı müşahidə edilib.
Mənbə
axar.az