Digər

Ukraynanın məxfi planı: Hələ Zelenski icazə verməyib...

16 Oct 2026, 09:00 2 baxış
Ukraynanın məxfi planı: Hələ Zelenski icazə verməyib...

Süni intellekt əsasında idarə olunan yeni ixtisaslaşmış dronlar Rusiya ərazisinə zərbələr endirmək üçün daha aqressiv kampaniyada istifadə oluna bilər.


Axar.az xəbər verir ki, bu barədə “Atlantik” jurnalının jurnalisti Saymon Şusterin məqaləsində bildirilib.


Şusterin xatırlatdığına görə, oktyabrın 8-dən bəri Rusiyanın ən azı dörd məlumat mərkəzi vurulub. Ötən həftə isə Rusiya hakimiyyəti dron hücumları səbəbindən Moskva hava limanlarından 345 reysi eyni vaxtda ləğv etməyə məcbur olub.


Jurnalistin sözlərinə görə, bununla əlaqədar Rusiyaya qarşı bu hava kampaniyasının iki ukraynalı “memarı” bildiriblər ki, baş verənlər yalnız başlanğıcdır.


Onun qeyd etdiyi kimi, Ukrayna indiyədək uzaqmənzilli dronlardan yalnız hava limanlarının ətrafında Rusiya hava məkanının bağlanmasına nail olmaq üçün istifadə edib, lakin həmin hava limanlarına birbaşa zərbələr endirməyib. Bu həftəsonu baş verən hadisələrdən biri zamanı vurulmuş Ukrayna dronunun qalıqlarının Soçi hava limanının ərazisinə düşdüyü və inzibati binada yanğına səbəb olduğu bildirilir.


O qeyd edib ki, Zelenski hələlik hərbçilərinə daha aqressiv taktikanı həyata keçirməyi nəzərdə tutan “M&M” adlı məxfi əməliyyatın ilkin planını reallaşdırmağa icazə verməyib:


“Planın müəlliflərinin sözlərinə görə, daha iddialı variant Rusiya hava hücumundan müdafiə sistemlərindən yayınmaq və Moskva da daxil olmaqla, digər şəhərlərdəki hava limanlarına zərbələr endirmək məqsədilə süni intellektlə idarə olunan dronlardan istifadəni nəzərdə tutur”.


O qeyd edib ki, planın müəlliflərindən biri bu dronların yaxın vaxtlarda geniş miqyasda istehsal olunacağını da bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər