Digər

Zelenski bu ölkənin gizli yardımına eyham vurdu

16 Oct 2026, 09:15 2 baxış
Zelenski bu ölkənin gizli yardımına eyham vurdu

Ukrayna Prezidenti Vladimir Zelenski siyasi və hərbi-texniki dəstəyə görə Polşa rəhbərliyinə minnətdarlığını bildirib, xüsusilə də ictimaiyyətə açıqlanmayan addımları qeyd edib.


Axar.az xəbər verir ki, Ukrayna lideri Polşa Baş naziri Donald Tuskla görüşündə Varşavanın Kiyevə sarsılmaz dəstəyini vurğulayıb.


“Etdikləriniz... Yaxşı, bəzən bunlar ikimizin arasında qalmalıdır. Amma biz minnətdarıq, çünki ölkəmizi, paytaxtımızı kütləvi hücumlardan qorumaq çox çətindir. Və biz buna, eləcə də 20 millimetrlik sursatlara və digərlərinə görə minnətdarıq”, - deyə Zelenski bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər