Dünya
Dağıstana yeni rəhbər seçildi
Dağıstan Xalq Məclisinin deputatları Fyodor Şukini respublikanın rəhbəri seçiblər. O, mayın 4-dən regionun rəhbəri vəzifələrini icra edirdi. Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS məlumat yayıb. Bildirilib, gizli səsvermə zamanı 87 deputatdan 78-i Şukinə səs verib. Ölkənin hesablama komissiyasının sədri Artur İsrailov F.Şukinin Dağıstan Respublikasının rəhbəri seçildiyini bəyan edib.
Mənbə
oxu.az