Dünya

Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü - Foto

15 Oct 2026, 18:20 1 baxış
Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü - Foto
İstanbulun Üsküdar rayonunun bələdiyyə sədrinin müavini Dündar Ziya Gültekin ağır yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib. Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata görə, hadisə günorta saatlarında Anadolu magistralında qeydə alınıb. Yağış səbəbindən sürüşkən olan yolda üç avtomobil toqquşub. Hadisə zamanı beş nəfər xəsarət alıb. Qəza zamanı ağır yaralanan Gültekin xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Xəbərdə bildirilir ki, sədr müavini qəzaya düşdükdən sonra infarkt keçiribmiş.
{{gallery}}
Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü - Foto Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü - Foto Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü - Foto
Mənbə oxu.az

Oxşar Xəbərlər