Digər
Ermənistan bu ölkəyə hərbi attaşe təyin edəcək
Kanadadakı Ermənistan səfirliyində hərbi attaşe fəaliyyət göstərəcək.
Axar.az xəbər verir ki, bu barədə müvafiq qərar Ermənistan hökumətinin iclasında qəbul edilib.
“Ermənistan Kanada ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda münasibətlərin daha da genişləndirilməsində və dərinləşdirilməsində maraqlıdır. Ermənistanın hərbi attaşesinin Kanadada akkreditasiyası ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə növbəti təkan verəcək”, - qərarda deyilib.
Qeyd olunub ki, Ermənistan hərbi attaşesi qarşılıqlı maraq doğuran müdafiə əməkdaşlığının inkişafına və mövcud potensialdan tam istifadəyə kömək edəcək.
Mənbə
axar.az