Siyasət

Vo Thi An Suan: "Azərbaycan əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verir"

15 Oct 2026, 14:01 1 baxış
Vo Thi An Suan: "Azərbaycan əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verir"
"Azərbaycan dialoqun və əməkdaşlığın inkişafına böyük töhfə verir". Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında deyib. Onun sözlərinə görə, sülh və sabitliyin Asiyada inkişafı üçün AQEM-in rolu böyükdür: "Bakı Bəyannaməsinin qəbulu inkilüzivliyi, rəqəmsallaşmaya, birgə rifaha, eyni zamanda, AQEM-in inkişafına şərait yaradacaq. Qlobal və regional şəraitdə ciddi dəyişikliklər fonunda mütləq şəkildə biz fəaliyyətimizi gücləndirməli və məsuliyyətli əməkdaşlıq nümayiş etdirməliyik". Vo Thi An Suan bildirib ki, Vyetnam dünyada gedən müharibələrin həlli üçün dialoqu yüksək dəyərləndirir: "Asiya ilə əməkdaşlığı genişləndirməliyik. Texnologiya, mədəniyyət, nəqliyyat və digər sahələrdə əlaqələrimizi gücləndirməliyik. Humanitar mübadilənin təşviqi üçün əlaqələrimiz artmalıdır".
Mənbə oxu.az

Oxşar Xəbərlər