Siyasət

Bakıda Azərbaycan və Kamboca baş nazirlərinin görüşü olub

14 Oct 2026, 17:36 2 baxış
Bakıda Azərbaycan və Kamboca baş nazirlərinin görüşü olub
Baş nazir Əli Əsədov Azərbaycanda rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manet ilə görüşüb. Bu barədə Oxu.Az-a Nazirlər Kabinetindən məlumat verilib. Görüşdə H.Manetin Azərbaycana rəsmi səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyəti vurğulanıb, səfərin Azərbaycan-Kamboca dostluq əlaqələrinin daha da möhkəmlənməsi üçün yeni imkanlar açacağı bildirilib. Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünün əhəmiyyəti qeyd olunub. Azərbaycanla Kamboca arasında siyasi dialoqun və çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyətin uğurla inkişaf etdiyi, parlamentlərarası və partiyalararası əlaqələrin də genişləndiyi vurğulanıb. Görüşdə ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, energetika, nəqliyyat-logistika, minatəmizləmə, dövlət xidmətləri, təhsil və turizm sahələrində qarşılıqlı fəaliyyətin inkişaf perspektivləri müzakirə olunub.
{{gallery}}
Bakıda Azərbaycan və Kamboca baş nazirlərinin görüşü olub
Mənbə oxu.az

Oxşar Xəbərlər