Siyasət
"Traktor" FK-dan Azərbaycana qarşı kampaniya aparanlara sərt cavab
"Müsəlman ölkəsində hicab qadağası ola bilməz, amma türk düşmənçiliyi ola bilər! İranda 40 milyona yaxın türk yaşayır. Lakin onlar 100 ildən artıqdır ki, öz doğma torpaqlarında məktəblərdə türk dilində təhsil almaq hüququndan məhrumdurlar". Oxu.Az xəbər verir ki, bu "Traktor" FK-nın sosial şəbəkədəki paylaşımında bildirilib. Paylaşımda daha sonra qeyd edilib: "Heç kim öz ana dilində danışa bilmir. Heç kim övladına türkcə ad qoya bilmir. Heç kim şirkətinə, mağazasına və ya digər müəssisəsinə türkcə ad verə bilmir. Yalnız fars və ərəb dillərinə icazə verilir! Hətta ölkə prezidentinə belə öz ana dilində danışmağa güclə icazə verilir! Amma Azərbaycanda guya bir həftədir hicab qadağası tətbiq olunduğuna görə hamınız öz qardaşlarınıza qarşı düşmən kəsilmisiniz! Halbuki 100 ildir İranda yaşayan müsəlman türklərə qarşı aparılan assimilyasiya siyasətinə bir kəlmə də etiraz etmirsiniz! Madam ki, müsəlmanların hüquqları sizin üçün bu qədər vacibdir, insanlıqdan bu qədər danışırsınız, bəs burada yaşayan insanlar müsəlman deyillərmi? Niyə söhbət İrandan düşəndə susursunuz?!"
Mənbə
oxu.az