Siyasət

Hakan Fidan Bakıya gəlir

14 Oct 2026, 14:30 2 baxış
Hakan Fidan Bakıya gəlir
Türkiyə xarici işlər naziri Hakan Fidan Bakıya səfər edəcək. Oxu.Az-ın "Anadolu" agentliyinə istinadən xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən məlumat verilib. Hakan Fidan oktyabrın 15-də Azərbaycanın paytaxtı Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak edəcək. Məlumata görə, sammitdə yekun sənəd kimi xidmət edəcək "Bakı Bəyannaməsi" və "Əməyin Təhlükəsizliyi və Sağlamlığı Sahəsində Əməkdaşlıq haqqında Bəyannamə"nin qəbul edilməsi və Laosun yeni üzv kimi qəbul edilməsinin elan olunması gözlənilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər