Siyasət

Ararat Mirzoyan: "Səhər oyanıb "Ermənistan-Türkiyə sərhədi açıldı" xəbərini eşidə bilərik"

14 Oct 2026, 12:44 2 baxış
Ararat Mirzoyan: "Səhər oyanıb "Ermənistan-Türkiyə sərhədi açıldı" xəbərini eşidə bilərik"
"Heç nəyə baxmayaraq, biz münasibətlərimizi yaxşılaşdırmağa davam edəcəyik və demək olar ki, məqsədimizə çatmışıq". Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumu çərçivəsində Aİ-nin genişlənməsi perspektivləri ilə bağlı panel müzakirəsində çıxışı zamanı bildirib. "Bizim Azərbaycanla sülhümüz var, baxmayaraq ki, hələ bir neçə addımın reallaşdırılması qalıb. Biz Türkiyə ilə münasibətləri normallaşdırırıq. Sərhəd əvvəlki kimi bağlıdır, lakin düşünürəm ki, proses artıq əhəmiyyətli dərəcədə inkişaf edib və tamamilə mümkündür ki, sabah səhər biz oyanaq və xəbərlərdə "Ermənistan-Türkiyə sərhədi açıldı" başlığını görək", - deyə o qeyd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər